"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib
- 07 aprel, 2015
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib. "Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləğv edilib.
Qərar əsasında ləğv edilən MMTİ-lər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləğv olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".
Məlumata görə, MMTİ-lərin ləğvi nəticəsində 30-dan çox işçi işsiz qalıb.