Azərbaycan və Qazaxıstan gömrükçüləri əməkdaşlığı genişləndirir
İnfrastruktur
- 09 fevral, 2015
- 13:20
Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirlər Komitəsinin nümayəndələri ilə görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə DGK-nin sədri Aydın Əliyev və Qazaxıstan Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojin iştirak ediblər. Tədbiri giriş sözü ilə açan A.Əliyev Qazaxıstanın Azərbaycanın strateji tərəfdaşı olduğunu, Azərbaycanın rəsmi Astana ilə münasibətləri nizamlamaqda hər zaman maraqlı olduğunu deyib.
Görüşdə 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı müzakirə olunub və müvafiq müqavilə imzalanıb. Sonda qonaqlar Komitənin hədəf mərkəzində olublar və müxtəlif nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini izləyiblər.
Son xəbərlər
15:20
Azərbaycan millisi Gürcüstanda ikinci yoxlama oyununu keçirib
Futbol15:12
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Daxili siyasət15:11
Bakı və Düşənbə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib
Xarici siyasət15:10
Maliyyə Nazirliyi ötən il 150 hüquqi aktın layihəsini hazırlayıb
Maliyyə15:08
Növbəti iki gündə temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ekologiya15:05
‘"Trendyol""un hazırladığı yeni Olimpiya geyim kolleksiyası ‘"Milan-Kortina 2026"" ərəfəsində satışa çıxarılıb
Biznes15:03
"Nyukasl" - "Qarabağ" oyununda azərbaycanlı azarkeşlər üçün ayrılmış biletlərin qiyməti açıqlanıb
Futbol15:01
Azərbaycan ötən il işğaldan azad edilmiş ərazilərdə 385 layihə icra edib
Maliyyə14:58