Bakı. 9 oktyabr. REPORT.AZ/ Daşkənddə (Özbəkistan) beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan xəbərə görə, iclasda Özbəkistan Avtomobil və çay nəqliyyatı Agentliyinin rəis müavini Şaalim Şavaxabov və Azərbaycan
Görüşdə beynəlxalq avtomobil daşımaları sahəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti, avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında qanunvericilik və normativ-hüquqi aktlar haqqında informasıya mübadiləsinin vacibliyi və qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb.
Qeyd olunub ki, 2013-cü il ilə müqayisədə Özbəkistan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yük daşımaların həcminin 2015-ci ildə daha çox artımı qeydə alınıb. Həmçinin, beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətinin gələcək inkişafı üçün böyük potensiala malik olması fikri də vurğulanıb. Tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəlib.