Azərbaycan gələn ildən Beynəlxalq Qiymətləndirmə Standartları Şurasında təmsil olunacaq

Azərbaycan gələn ildən Beynəlxalq Qiymətləndirmə Standartları Şurasında təmsil olunacaq Tbilisi. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) gələn il Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ) tamhüquqlu üzvü olacaq.
İnfrastruktur
9 Noyabr , 2018 15:00
Azərbaycan gələn ildən Beynəlxalq Qiymətləndirmə Standartları Şurasında təmsil olunacaq

Tbilisi. 9 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) gələn il Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (BQSŞ) tamhüquqlu üzvü olacaq.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə AQC-nin sədri Nüsrət İbrahimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bu il Şuranın assosiativ üzvü seçilib: “Qurumun tamhüquqlu üzvü olmaq üçün biz Şura ilə iş birliyimizi sıx təmasda qururuq. Qiymətləndirmə sahəsindəki beynəlxalq standartlarda Azərbaycana uyğun tələblərin nəzərə alınmasına və Azərbaycan qiymətləndiriciləri ilə Şura arasında fəaliyyətdə qarşılıqlı razılaşmanın olmasına çalışırıq”.

N.İbrahimov Tbilisidə keçirilən beynəlxalq qiymətləndirmə standartlarına həsr olunmuş seminarın Azərbaycan qiymətləndiriciləri üçün çox faydalı olduğunu da qeyd edib: “İldən-ilə qiymətləndirmə üzrə norma və standartlar dəyişir, yeni tələblər ortaya çıxır. Azərbaycan qiymətləndiricilərinin bu tələbləri öyrənməsinə ehtiyac var. Yaxın gələcəkdə bu cür seminarların Bakıda da təşkil olunmasını nəzərdə tuturuq”.

Qeyd edək ki, Tbilisidə BQSŞ-nin İdarə Heyətinin üzvü Corc Badeskunun məruzəçiliyi ilə Gürcüstan və Azərbaycan qiymətləndirici mütəxəssisləri üçün seminar keçirilir. İkigünlük tədbirdə AQC sədri Nüsrət İbrahimovla yanaşı, İdarə Heyətinin üzvü Ramil Osmanlı, üzvlər Rəşad Əliyev və Ramil Qasımzadə iştirak edirlər.

AQC nümayəndələri həmçinin Gürcüstan Müstəqil Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyətinin üzvləri ilə görüşlər keçirəcək və ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar.

Son xəbərlər

Orphus sistemi