Azərbaycan Fransanın "Alstom" şirkətindən 50 lokomotiv alacaq

Azərbaycan Fransanın "Alstom" şirkətindən 50 lokomotiv alacaq Bunun 10-u sərnişin, 40-ı yük qatar lokomotividir
İnfrastruktur
12 Oktyabr , 2017 15:44
Azərbaycan Fransanın Alstom şirkətindən 50 lokomotiv alacaq
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov / Report/ Firi Salim

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Fransanın "Alstom" şirkətindən ümumilikdə 50 ədəd lokomotiv alacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017" adlı tədbirdə çıxış edən Cəmiyyətin sədr müavini İqbal Hüseynov bildirib.

"Ehtimal edirəm ki, lokomotivlər gələn il Azərbaycana çatdırılacaq", - deyə o qeyd edib. 

Qeyd edək ki, Azərbaycan Fransadan 10 sərnişin, 40 yük qatarı lokomotivi alır. İlk sərnişin lokomotivi artıq Fransadan Azərbaycana yola salınıb. Onun dekabrda ölkəyə çatacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi