Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB-də 1-ci olub

Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB-də 1-ci olub Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub.
İnfrastruktur
4 Noyabr , 2019 13:29
Azərbaycan dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB-də 1-ci olub

Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub.

“Report”un məlumatına görə, indeks Dünya İqtisadi Forumunun bu il üçün tərtib etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda öz əksini tapıb.

Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.

Reytinq cədvəlində Rusiya 64,6 bal toplayaraq MDB-də 2-ci, dünyada 17-ci, Ukrayna 52,9 bal toplayaraq MDB-də 3-cü, dünyada 34-cü, Tacikistan 51 bal toplayaraq MDB-də 4-cü, dünyada 37-ci, Gürcüstan 48,9 bal toplayaraq MDB-də 5-ci, dünyada 43-cü, Ermənistan 35,1 bal toplayaraq MDB-də 6-cı, dünyada 67-ci, Moldova 33,8 bal toplayaraq MDB-də 7-ci, dünyada 69-cu, Qırğızıstan isə 30,1 bal toplayaraq MDB-də 8-ci, dünyada 77-ci olub.

Hesabatda Birlik ölkələrindən Belarus, Qazaxıstan, Özbəkistan və Türkmənistan sözügedən indekslə əhatə edilməyib.

Siyahıya dünya üzrə liderliyi 96 balla Yaponiya edib. 

Son xəbərlər

Orphus sistemi