"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçib Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır
İnfrastruktur
26 Yanvar , 2016 10:48
Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin kollektivi ölkə ərazisində güclü qarın yağması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Şirkətdən "Report"a bildirilib ki, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni, rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir.

"Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının, eləcə də sərnişin vağzallarında istilik sisteminin normal işləməsi diqqətdə saxlanılır", - deyə "Azərbaycan Dəmir Yolları"ndan bildirilib.

Şaxtalı hava şəraitinə baxmayaraq, qrafikə əsasən beynəlxalq və yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının mənzil başına vaxtında çatması təmin olunur.

Son xəbərlər

Orphus sistemi