​"Azərbaycan Dəmir Yolları" bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

​"Azərbaycan Dəmir Yolları" bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək Şirkətin bütün müəssisə və stansiyalarında növbəli şəkildə fasiləsiz iş rejimi təşkil olunacaq
İnfrastruktur
10 Mart , 2015 12:27
​Azərbaycan Dəmir Yolları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramı günlərində ölkə daxilində hərəkət edən sərnişin qatarlarına 20-yə yaxın əlavə vaqon qoşacaq. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları"nın Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Katiblik rəisi qeyd edib ki, əlavə vaqonlar sərnişin sıxlığının qarşısını almaq üçün qatarlara qoşulması nəzərdə tutulub.

N.Əzməmmədovun sözlərinə görə, martın 20-27-də şirkətin bütün müəssisə və stansiyalarında növbəli şəkildə fasiləsiz iş rejimi təşkil ediləcək. Eyni zamanda, bayram günlərində vaqonların yüklənməsi və boşaldılması prosesində də fasilələr yaşanmayacaq: "Bayram günlərində yük gətirən insanların qəbul-təhvil işlərini həyata keçirəcəyik. Bayramla əlaqədar vaqonlar texniki baxışdan keçiriləcək və həmin günlər vaqonların gediş-gəlişini rahat təmin etmək üçün əlavə qatarlardan da istifadə olunacaq".

Son xəbərlər

Orphus sistemi