​Azərbaycan Dağıstanda iri sement zavodu inşa edəcək

​Azərbaycan Dağıstanda iri sement zavodu inşa edəcək Zavod yerli investorlarla birgə tikiləcək
İnfrastruktur
14 May , 2016 00:23
​Azərbaycan Dağıstanda iri sement zavodu inşa edəcək

Bakı. 14 may. REPORT.AZ/ Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə iri sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacaq.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov öz Instagram səhifəsində yazıb.

"Respublikada Azərbaycan investorlarının iştirakı ilə reallaşdırılacaq iri layihələrdən biri Mahaçqala və Kaspiysk arasında sahəsi 30 hektar olan ticarət-logistika mərkəzi, həmçinin istehsal gücü ildə 1,8 milyon ton olan sement zavodu - "Dağıstan Sement Kombinatı" MMC-nin tikintisidir", — deyə Abdulatipov yazıb.

O qeyd edib ki, Azərbaycan investorlarına Xəzərin sahilində rekreasiya-turizm və müalicə-sağlamlıq kompleksləri, mehmanxana və motellərin tikintisində iştirak etmək təklif olunub.

"Bu gün işlənib hazırlanmış investisiya layihələri və hazır investisiya meydançaları var. Bundan əlavə, əməkdaşlıq alətlərindən biri Azərbaycan və Dağıstan Respublikası üzrə, xüsusilə MDB ölkələri və Çinin iri beynəlxalq "Böyük ipək yolu" layihəsinin reallaşdırılması çərçivəsində birgə ikitərəfli turizm marşrutlarının hazırlanmasıdır", — deyə Dağıstan rəhbəri bildirib.

O yatırılacaq investisiyaların həcmini, investorları və layihələrin reallaşdırılacağı zamanı açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi