"Azəravtoyol"da Dünya Bankının missiyası ilə görüş keçirilib

"Azəravtoyol"da Dünya Bankının missiyası ilə görüş keçirilib Görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar iştirak edib
İnfrastruktur
9 Dekabr , 2016 12:13
Azəravtoyolda Dünya Bankının missiyası ilə görüş keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Bakıda səfərdə olan Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüşüb.

ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, görüşdə DB-nın Cənubi Qafqaz üzrə nəqliyyat proqramının rəhbəri Mustafa Benmaamar və Bankın digər rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə son illər Azərbaycanda yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib, yenilənən yol infrastrukturunda DB-nın rolundan bəhs edilib.

Bundan başqa, Bankın maliyyələşdirdiyi layihələrin hazırkı vəziyyəti, magistral yollara xidmət göstərəcək 7 ədəd "Magistral Yolların İstismarı" MMC-lərin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması istiqamətində atılan addımlar müzakirə olunub.

Sonda avtomobil yollarının yenidən qurulması istiqamətində DB ilə ikitərəfli əməkdaşlığın bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi