AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
İnfrastruktur
14 Avqust , 2021 15:02
AZAL-ın təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

"Report" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

"Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək", deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi