AZAL: Bakı-İstanbul aviareysi axşam saatlarında yerinə yetiriləcək

İnfrastruktur
  • 16 iyul, 2016
  • 12:33
AZAL: Bakı-İstanbul aviareysi axşam saatlarında yerinə yetiriləcək

Bakı. 16 iyul. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Türkiyənin İstanbul şəhərinə təxirə salınan reyslərinin sərnişinləri bu axşam Bakıdan Türkiyəyə böyük təyyarə ilə yola düşəcəklər.

"Report" xəbər verir ki, bu barədə AZAL-ın rəsmi "Facebook" səhifəsində məlumat yayılıb. 

İnformasiyaya görə, İstanbuldan təxirə salınan reyslərin sərnişinləri bu təyyarə ilə Bakıya yola düşə bilərlər. Bununla əlaqədar İstanbulda olan J2-8076 və J2-8080 reyslərinin sərnişinlərinə öz aviabiletlərini aviakassalarda J2-8078 reysinə dəyişdirilməsi tövsiyə olunur.

Xatırladaq ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-8103 (06:45) Bakı-İstanbul; J2-8075 (08:45) Bakı-İstanbul; J2-8003 (09:10) Bakı-Ankara reysləri təxirə salınmışdı.  

Son xəbərlər

Bütün Xəbər Lenti