Azad olunmuş ərazilərin inkişafı ölkənin inkişaf səviyyəsi ilə uyğunlaşdırılacaq

Azad olunmuş ərazilərin inkişafı ölkənin inkişaf səviyyəsi ilə uyğunlaşdırılacaq ​​​​​​​Cənab Prezident Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalayıb. Bu Fərmana əsasən, ölmənizin ərazisi 14 iqtisadi rayona bölünüb
İnfrastruktur
9 İyul , 2021 14:05
Azad olunmuş ərazilərin inkişafı ölkənin inkişaf səviyyəsi ilə uyğunlaşdırılacaq

"Cənab Prezident Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Bu fərmana əsasən, ölkəmizin ərazisi 14 iqtisadi rayona bölünüb. Ən vacibi odur ki, işğaldan azad olunmuş ərazilərimiz də iki iqtisadi rayonda əks olunub. Yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb".

Bunu “Report”a açıqlamsında Milli Məclisin üzvü, deputat Azər Badamov bildirib.

O düşünür ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının tarixi, siyasi və iqtisadi əhəmiyyəti var: “Çünki Zəngəzur ifadəsi çoxdan rəsmi olaraq Azərbaycan gündəmində yox idi. Cənab Prezidentin imzaladığı bu fərmanla rəsmi şəkildə Şərqi Zəngəzur yenidən gündəmə qayıdır və aktuallaşır”.

Deputatın sözlərinə görə, bunu digər tərəfdən tarixi ədalətsizliyə son qoyulması kimi də başa düşmək olar: “Çünki 1921-ci ildə, yəni 100 il bundan əvvəl Rusiya Kommunist Partiyasının Qafqaz Burosu tərəfindən plenumun bir protokolu qəbul edilib, 1924-cü ildə isə Azərbaycan ərazisini süni şəkildə bölərək ədalətsiz qərarın icrasını həyata keçirib və Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Prezidentin imzaladığı bu fərmanda o tarixi ədalətsizliyin bərpası özündə əks olunur. Köhnədən yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazisi gündəmdən çıxır və təbii ki, Dağlıq Qarabağ ifadəsi 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla, ordumuzun döyüş meydanında əldə etdiyi qələbəsi ilə gündəmdən çxııb. Ancaq ölkə başçısının imzaladığı bu fərmanla isə rəsmi olaraq bu məsələyə son qoyulur və Azərbaycanın ərazi bütövlüyü bir daha bəyan edilmiş olur”.

A.Badamov deyir ki, siyasi əhəmiyyəti isə təbii, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların Azərbaycan qanunlarına tabe olmalıdır və Azərbaycanın Konstitusiyasına uyğun öz vətəndaşlıqlarını alaraq yaşayışını qurmalıdırlar: “O cümlədən, Qarabağ iqtisadi rayonuna daxil olmuş Xankəndi, Xocalı və Xocavənd rayonlarının erməni əsilli sakinləri də artıq başa düşməlidirlər ki, köhnə arzular, ideyalar artıq tarixdə qalıb. Artıq yeni reallıqlar ortaya gəlib və bu işin sürətlənməsinə öz təsirini göstərəcək”.

İqtisadi əhəmiyyətinə toxunan A. Badamov bildirib ki, işğaıdan azad olunmuş ərazilərin çox böyük iqtisadi potensialı var: “Bu potensialdan səmərəli istifadə edilməsi üçün iqtisadi rayonlara bölünməsi böyük əhəmiyyət daşıyır. Hər bir iqtisadi rayonun potensialını ayrıca üzə çıxarmaq, çevik şəkildə təhlil etmək və ondan istifadə etmək və işin daha da sürətli və səmərəli təşkil edilməsi üçün bu fərmanın əhəmiyyəti böyükdür. Bilirik ki, bu ərazilərin böyük potensialı mövcuddur. Bu turizm potensialının hər bir iqtisadi rayon üzrə ayrıca araşdırılaraq və turizm infrastrukturu yaradılaraq turistlərin həmin ərazilərə cəlb edilməsi üçün böyük əhəmiyyət daşıyacaq”.

Deputat qeyd edib ki, 2004-cü ildən başlayaraq, Prezidentin rəhbərliyi altında ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları həyata keçirilir: “Artıq sayca 3 proqram icra olunub və hazırda dördüncü proqramın icrasındayıq. Bu proqramların icrası ölkəmizin tarazlı inkişafına və regionlarla mərkəz arasında fərqin qalxmasına gətirib çıxarıb. Amma işğaldan azad olunmuş ərazilərimiz isə uzun illər işğal altında olduğuna görə bu proqramların icrasından kənarda qalıb. Düşünürəm ki, yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üçün fərdi şəkildə proqram qəbul olunacaq yeni dövlət proqramları ərsəyə gələcək və bu proqramların icrası ilə işğaldan azad olunmuş ərazilərimizin inkişaf səviyyəsi respublikamızın ümumi inkişaf səviyyəsi ilə uyğunlaşdırılacaq".

Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev "İqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Son xəbərlər

Orphus sistemi