Eldar Hacıyev: “Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq”

Eldar Hacıyev: “Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq” “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bilet satışı sistemi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqəli işləyəcək.
İnfrastruktur
11 İyun , 2020 17:51
Eldar Hacıyev: “Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq”

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bilet satışı sistemi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqəli işləyəcək.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.

“Aviareyslərə bilet satışı uçuşdan 72 saat əvvəl dayandırılacaq. Çünki TƏBİB sərnişinlərin koronavirus testinin cavablarını hazırlamalıdır və həmin cavablar 48 saat müddətində qüvvədə olacaq. Sərnişinlərin testdən keçirilməsi dövlət hesabına olacaq”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi