ASCO-nun quru yük gəmisi Türkmənbaşıya fider daşımalarına başlayır

ASCO-nun quru yük gəmisi Türkmənbaşıya fider daşımalarına başlayır “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb
İnfrastruktur
4 Fevral , 2021 14:27
 ASCO-nun quru yük gəmisi Türkmənbaşıya fider daşımalarına başlayır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilə “ADY Konteyner” MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Report”a ASCO-dan bildirilib.

Müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Teymur Əhmədov” quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

Son xəbərlər

Orphus sistemi