Almaniyada təyyarə mühərrikində yaranmış problemə görə təcili eniş edib

İnfrastruktur
  • 07 may, 2018
  • 11:42
Almaniyada təyyarə mühərrikində yaranmış problemə görə təcili eniş edib

Bakı. 7 may. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi mühərrikində yaranmış problemə görə təcili eniş etməli olub. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, göyərtəsində 158 sərnişinin olduğu avialayner ölkənin Münhen şəhərindən Finlandiyanın paytaxtı Helsinkiyə uçurmuş. 

Amma aviareys baş tutmayıb və təyyarə Berlin aeroportuna enib.

Enişin rahat baş tutduğu, heç kimin xəsarət almadığı bildirilir. 

44 filmi