Almaniya Danimarkaya tunel tikintisi planını təsdiqləyib
- 29 dekabr, 2018
- 07:24
Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniyanın federal hökuməti Almaniya ilə Danimarkanı birləşdirən və dəyəri 8 milyard dollardan çox olan tunelin tikintisi planını təsdiqləyib.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazı boyunca dənizin altından salınacaq tunel 19 km uzunluğunda olacaq. Tunelin Almaniyanın Femarn adası ilə Danimarkanın Lollan adası arasında tikiləcəyi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Holşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiqləyib.
Tunelin içərisində dördzolaqlı avtomobil yolu və hər iki istiqamətdə hərəkət üçün iki dəmir yolu xətti olacaq. Plana əsasən, bu nəqliyyat infrastrukturunun inşaası 2024-cü ilədək başa çatacaq. Bu, Şimali Avropada ən böyük planlaşdırılmış infrastruktur layihəsidir.