Bakı. 29 dekabr. REPORT.AZ/ Almaniya hökuməti ölkəni Danimarka ilə birləşdirəcək və dəyəri 8 milyard dollardan çox olacaq tunelin tikinti layihəsini təsdiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi məlumat yayıb.
Dənizin dibi ilə Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazından keçəcək tunel 19 km. uzunluğunda olacaq. Onun Almaniyanın Femarn adası il Danimarkanın Lollan adası arasında çəkilməsi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının
Tunelin daxili ilə hər iki istiqamətdə hərəkət üçün dördzolaqlı avtomol yolu və dəmiryolu xətti keçəcək. Plana görə tikinti işləri 2024-cü ildə başa çatmalıdır.