Aİ: "Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq"

İnfrastruktur
  • 28 sentyabr, 2018
  • 13:18
Aİ: Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi aviabiletləri ucuzlaşdıracaq
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas
Report/ Elshan Baba

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq".

Bunu "Report"a açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycan tərəfinə təqdim edilib: "Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik".

K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: "Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı, əlaqələrimizi genişləndirəcək". 

44 filmi