Ağdamda 5 yaşayış məhəlləsi və 12 kənd inşa edilir

Ağdamda 5 yaşayış məhəlləsi və 12 kənd inşa edilir Prezident İlham Əliyev 2021-ci ilin may ayında Ağdam şəhərinin Baş Planını təsdiq etdikdən dərhal sonra burada bir sıra layihələrin təməli qoyulub və bərpa-tikinti işlərinə start verilib.
İnfrastruktur
5 may 2023 13:39
Ağdamda 5 yaşayış məhəlləsi və 12 kənd inşa edilir

Prezident İlham Əliyev 2021-ci ilin may ayında Ağdam şəhərinin Baş Planını təsdiq etdikdən dərhal sonra burada bir sıra layihələrin təməli qoyulub və bərpa-tikinti işlərinə start verilib.

“Report”un məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Ağdam şəhərində 5 yaşayış məhəlləsinin və 12 kəndin inşası nəzərdə tutulur. Dövlət başçısının mayın 2-də Ağdama səfəri zamanı 2 və 3-cü yaşayış məhəllələrinin təməli qoyulub. Onların inşasının 2025-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. 2-ci yaşayış məhəlləsi 13,31 hektar ərazidə yerləşəcək, tikinti sahəsi 39 172 kvadratmetrdir. 3-cü yaşayış məhəlləsi isə 16,93 hektar ərazidə yerləşəcək. Burada 1 239 mənzilin tikintisi nəzərdə tutulub. Mənzillər 1,2,3,4 otaqlı olacaq.

Eyni zamanda, Cənab Prezident səfəri zamanı inzibati binanın da təməlini qoyub. Bina 2,12 hektar ərazidə yerləşəcək, tikinti sahəsi 24 450 kvadrat metrdir. İnzibati binanın qarşısında paradların keçirilməsi üçün meydança inşa olunacaq. Eyni zamanda həmin ərazidə park və meydançalar inşa olunacaq.

Bundan başqa, dövlət başçısı Ağdam Muğam Mərkəzinin də təməlini qoyub. Burada 1 zirzəmi və 2 mərtəbənin, musiqi, rəqs otaqlarının, iclas zallarının inşası nəzərdə tutulur. Həmçinin açıq havada amfiteatr və yerüstü dayanacaq tikiləcək. 2024-cü ilin sonunda Ağdam Muğan Mərkəzinin inşası yekunlaşacaq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi