Abşeron Logistika Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

İnfrastruktur
  • 08 may, 2023
  • 06:12
Abşeron Logistika Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilib

Mayın 5-də Abşeron Logistika Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Tarix yazan imza” adlı tədbir keçirilib.

Tədbirdə Mərkəzin kollektivi, Qaradağ Rayon İcra hakimiyyəti və Dövlət Gömrük Komitəsinin nümayəndələri, eləcə də bir sıra digər dövlət rəsmiləri iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş video-çarxa baxıldıqdan sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev vurğulayıb ki, H. Əliyev Azərbaycan xalqının azadlığı və müstəqilliyi, ölkədə sabitliyin əldə olunması, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsi, dövlətçilik ənənələrinin formalaşdırılması, xalqın gələcəyi üçün geniş imkanlar yaradan liderdir. O, Ümummilli Liderin nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsində, ölkəni xarici dövlətlərlə birləşdirən quru, dəniz, hava və dəmir yolu strukturlarının qurulmasında müstəsna rolundan söz açıb, zamanında qlobal prosesləri nəzərə alan H.Əliyevin Azərbaycanın beynəlxalq inteqrasiyası məsələsində vacib olan transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinə xüsusi yanaşmasını vurğulayıb.

Daha sonra Milli Məclisin depupatı Aydın Hüseynova və tədbirin digər iştirakçılarına söz verilib. Onlar da öz növbəsində H.Əliyevin bir çox sahələrdə bizə miras qoyduğu milli strategiyalardan və diplomatik uğurlardan danışıb.