AAYDA daha 1 000 aztəminatlı ailələrə ərzaq paylayıb
- 13 aprel, 2020
- 14:04
Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ərzaq paylanılmasını davam etdirir.
Bu barədə “Report”a qurumdan məlumat verilib.
Bildirilib ki, bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Bakı şəhəri, Abşeron, Tərtər, Göygöl, Şamaxı, Ağsu, Qobustan, Quba, Ucar. Kürdəmir, Qax, Oğuz, Qazax, Gədəbəy, Biləsuvar, Lənkəran və Astara rayonlarında 1 000 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Xatırladaq ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından işsiz kimi qeydiyyatda olan 700-ə yaxın şəxsi işlə təmin edib.