Zaur Darabzadə: “Komediya janrında çəkilən bayağı filmlər insanların kinoya marağını azaltdı”

Zaur Darabzadə: “Komediya janrında çəkilən bayağı filmlər insanların kinoya marağını azaltdı” “Komediya janrında çəkilən bayağı filmlər insanların kinoya marağını azaltdı”.
İncəsənət
21 Aprel , 2023 12:20
Zaur Darabzadə: “Komediya janrında çəkilən bayağı filmlər insanların kinoya marağını azaltdı”

“Komediya janrında çəkilən bayağı filmlər insanların kinoya marağını azaltdı”.

“Report” xəbər verir ki, bunu "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda çıxışı zamanı deyib.

“Məqsədimiz Azərbaycanda maraqlı kinolar çəkilməsidir. Çünki filmlər kasetlərin şkafda saxlanılması üçün çəkilmir. Ona görə də maraqlı filmlər çəkilməsi üçün rejissorlara maksimum şəkildə dəstək oluruq. Son zamanlar daha çox komediya janrında filmlər çəkildi. Lakin bunlar çox bayağı olduğundan tamaşaçıların kinoya marağını azaltdı”, - deyə o bildirib.

Z.Darabzadə vurğulayıb ki, kino çəkmək xatirinə kino çəkmək lazım deyil: “Əgər 100 film çəkilibsə, onun sadəcə 10-u səs gətirib. Rejissorlardan xahiş edirəm ki, film çəkildikdən sonra onun marketinqi ilə də məşğul olsunlar. Ekran işi kinosevərlərin xəbərdar olması və filmi izləməyə gəlməsi üçün sosial şəbəkələrdə, həmçinin və digər platformalarda reklam edilməlidir”.

“Biz pandemiyadan sonra biletlərin qiymətini qaldırmamışıq. Çünki biz pulu daha çox popkorndan və reklamlardan qazanırıq. Yəni bu gün kino hər kəs üçün çox əlçatandır”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi