YARAT rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir

YARAT rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir.
İncəsənət
13 İyun , 2024 20:09
YARAT rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir

YARAT Müasir İncəsənət Məkanı multidissiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisini təqdim edir.

"Report" xəbər verir ki, “Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisidir. YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.

Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca “danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.

“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət edir.

Son xəbərlər

Orphus sistemi