Yaqub Zurufçu koronavirusdan vəfat edib

Yaqub Zurufçu koronavirusdan vəfat edib Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.
İncəsənət
2629
14 Sentyabr , 2021 18:41
Yaqub Zurufçu koronavirusdan vəfat edib
Yaqub Zurufçu

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

"Report"un məlumatına görə, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib.

Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi