Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək
Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.
Bu barədə “Report”a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru
O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.
"Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək", - deyə F.Bədəlbəyli əlavə edib.
Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "
Allah rəhmət eləsin!