Vətən müharibəsi iştirakçısı Xalq artisti ilə duet ifa edib

Vətən müharibəsi iştirakçısı Xalq artisti ilə duet ifa edib “Bərabərik” layihəsinin üçüncü mövsümünün yeni dueti tamaşaçılara təqdim olunub.
İncəsənət
6 İyun , 2022 11:15
Vətən müharibəsi iştirakçısı Xalq artisti ilə duet ifa edib

“Bərabərik” layihəsinin üçüncü mövsümünün yeni dueti tamaşaçılara təqdim olunub.

"Report" xəbər verir ki, Xalq artisti Mələkxanım Əyyubovanın duet ortağı Vətən müharibəsi iştirakçısı Məbud Əhmədov olub.

M.Əhmədov Vətən müharibəsi zamanı əməliyyat masasında Qarabağ haqqında mahnı oxuyan döyüşçü kimi yaddaşlara həkk olub. Ağır yaralansa da, ən çətin məqamda hisslərini, düşüncələrini musiqi ilə ifadə edən Məbud Əhmədovun hələ uşaqlıqdan sənətə marağı olub. Sənətin sirlərini ustadlardan öyrənib. Milli Konservatoriyada ustad xanəndə, Xalq artisti Arif Babayevdən dərs alıb, peşəkar səhnədə çıxış edib. Peşəkar səhnədəki ilk duetini sevilən sənətkar, xalq artisti Mələykəxanım Əyyubova ilə oxuyub.

Qeyd edək ki, "Bərabərik" telelayihəsi 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə MTV Azərbaycan kanalının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.

Son xəbərlər

Orphus sistemi