UFAZ-da Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib

UFAZ-da Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 23-dəAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib.
İncəsənət
24 Aprel , 2018 13:47
UFAZ-da Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Aprelin 23-dəAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofoniya həftəsi çərçivəsində rəsm sərgisi keçirilib. 

Ali təhsil müəssisəsinin İctimaiyyətle əlaqələr və marketinq departamentindən "Report"a verilən məlumata görə, tədbirdə UFAZ-ın professor-müəllim və tələbə heyəti, eyni zamanda tanınmış incəsənət adamları, xalq rəssamları və rəsm həvəskarları iştirak ediblər.

“Rəngarəng ruh” adlı sərgidə gənc rəssam Musa Niftəlinin 23 rəsm əsəri nümayiş olunub. Rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlər də diqqəti cəlb edib. 

UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov ali məktəbin layihəsi haqqında məlumat verib. Sərginin Frankofoniya həftəsi çərçivəsində keçirildiyini deyən V.Əsgərov rəsmlər arasında Azərbaycan-Fransa dostluğunu əks etdirən əsərlərin olmasını xüsusi vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, xalq rəssamı Arif Hüseynov və digər mötəbər qonaqlar gənc istedad Musa Niftəlinin rəsmlərinin hər birinin ayrı-ayrılıqda böyük əhəmiyyət daşıdığını, bu əsərlərin böyük zəhmətlə ərsəyə gəldiyini qeyd ediblər.

Musa Niftəli bundan sonra da müəllimlərinin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi