Türkiyənin məşhur aktrisası Ayşegül Atik 72 yaşında dünyasını dəyişib.
“Report” “Sözcü”yə istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib.
Qeyd edək ki, A.Atik 1948-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulub. O, Ankara Universiteti Dövlət Konservatoriyasının “Teatr” ixtisasını bitirib.
Film və teatr oyunçusu olan A.Atik “Ən son babalar duyar” və “Döz ürəyim” serialları ilə məşhurluq qazanıb.