Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində "Muzeylər Günü" qeyd olunub

Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində "Muzeylər Günü" qeyd olunub Tbilisi. 19 may. REPORT.AZ/ Mayın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Gunü ilə əlaqədar tədbir keçirilib.
İncəsənət
19 May , 2018 18:58
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Muzeylər Günü qeyd olunub
Report

Tbilisi. 19 may. REPORT.AZ/ Mayın 19-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Gunü ilə əlaqədar tədbir keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Açıq qapı" və "Muzey gecəsi" adlı tədbirlər çərçivəsində muzeyə gələnlər Azərbaycan mədəniyyəti, incəsənət nümunələri ilə tanış olurlar.

"Ceyran" rəqs qrupunun üzvləri, milli geyimdə oğlan və qızlarımız milli rəqs və mahnılarımızı təqdim ediblər.

Tədbirlər çərçivəsində muzeyə gələnlərə əyləncəli proqram, aşıq və caz musiqisinin sintezi, müxtəlif idman yarışları təqdim olunub.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva "Report"a bildirib ki, əsas məqsəd Azərbaycan mədəniyyətini, adət-ənənələrimizi təbliğ etmək, beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Beynəlxalq Muzeylər Günü ilk dəfə 1997-ci ildən Almaniyada keçirilir. Azərbaycan Mədəniyyəti Muzeyi İCOM-un üzvü olaraq bu ənənəyə qoşulub və 2013-cü ildən bu cür tədbirlər keçirir. Artıq Gürcüstanın bölgələrindən də bizim muzeyə gəlir və tədbirlərimizdə iştirak edirlər. Bugünkü tədbirdə paytaxt Tbilisi ilə yanaşı Marneuli rayonundan da Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri qoşulublar.

Son xəbərlər

Orphus sistemi