Tbilisi. 30 aprel. REPORT.AZ/ Tbilisidəki Rustaveli Teatrında “Əli və Nino” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.
Bu barədə “Report”un Gürcüstan bürosuna İvane Maçabeli adına Tsxinvali Akademik Teatrının bədii rəhbəri və tamaşanın rejissoru Qoça Kapanadze məlumat verib.
O deyib ki, tamaşa Azərbaycan və Gürcüstanın dövlət müstəqilliyinin əldə olunmasının 100 illiyinə həsr edilib: "Premyerada hər iki ölkənin dövlət himnləri səslənəcək, folklor nümunələri təqdim olunacaq. Gürcüstanın Mədəniyyət və Gənclər Nazirliyinin layihəsi əsasında hazırlanmış tamaşanın premyerasında Azərbaycan və Gürcüstanın hökumət və dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər".
Q.Kapanadze bildirib ki, yaxın vaxtlarda tamaşanın Bakıda da nümayişi nəzərdə tutulub.
Tamaşada rolları gürcü aktyorlar ifa edirlər.