"Bu yaxınlarda Rusiya-Azərbaycan istehsalı olan "Jara" filmi ekrana çıxdı. Çox sevindirici haldır ki, gənc kinematoqrafçılar yaradıcılıq həyatlarına başlayırlar və bu cür filmlər çəkirlər".
Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın dövlət və mədəniyyət xadimi, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
"Bu, vacib hadisədir, çünki yeni nəsil yeni həyatı fərqli hiss edir, fərqli dərk edir. "Jara" filmi Azərbaycan və Rusiyanın kinematoqrafik gənclərinin bir-birinə doğru can atmasının sübutudur və bu, çox vacibdir", - o əlavə edib.
"Kinematoqrafiya sahəsindəki münasibətlərimizin, ümumiyyətlə, bütünlükdə Rusiya-Azərbaycan əlaqələrinin çox böyük gələcəyi var. İnşallah həmişə belə olar", - sənətşünas vurğulayıb.
Qeyd edək ki, filmin çəkilişləri ötən ilin iyul ayında Bakıda "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.
Kinematoqraflar bir neçə gün ərzində Rusiya və Azərbaycanın əsas ulduzlarını bir araya gətirə bilib. Filmin çəkilişlərində Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak,
Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu “Otel Eleon” serialında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol almış Diana Pojarskaya ifa edir.
Qeyd edək ki, Azərbaycanda sentyabrın 5-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində “Jara" romantik komediya filminin nümayişi başlanıb.
İqbal Rüstəmov