Amerikalı aktyor, rejissor, prodüsser Silvestr Stallonenin həyat yoldaşı, model Cennifer Flavin 25 illik evlilikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə
Stallonenin boşanması barədə şayiələr ötən həftə yayılıb. Nəşrin məlumatına görə, Flavin boşanmaq üçün avqustun 19-da Florida ştatının Palm-Biç dairə məhkəməsinə müraciət edib. Bu qərara qadının ərinin ailə fondlarından sərvətlərini çıxarmasından narazı qalması səbəb olub.
Cennifer qızlıq soyadını bərpa etmək və birgə aktivlərlə bağlı əməliyyatlara qarşı qadağanın qoyulmasını tələb etmək istəyir.
Silvestr Stallone və Cennifer Flavin 1997-ci ildə evləniblər. Onların bu evlilikdən üç qızı var.
Qeyd edək ki, bu, aktyorun ikinci ailə həyatıdır. Onun birinci həyat yoldaşı Saşadan iki oğlu dünyaya gəlib.