Bakı. 24 mart. REPORT.AZ/ Britaniyalı arxeoloqlar məşhur ingilis şair və dramaturqu Uilyam Şekspirin kəllə sümüyünün məzardan oğurlanması fərziyyəsini təsdiqləyib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, ekspertlər elektromaqnit radar vasitəsiylə qəbrin skan edilməsi zamanı əldə edilən məlumatlara əsaslanır.
Qeyd edək ki, Şekspirin qəbri Stratford-apon-Eyvon şəhərindəki Müqəddəs Üçlük kilsəsinin döşəməsinin altındadır. Elektromaqnit radar vasitəsiylə qəbrin skan edilməsi nəticəsində britaniyalı şairin dəfni ilə bağlı bəzi miflər aradan qalxıb. Belə ki, onun cəsədinin 5 metr dərinlikdə, şaquli formada basdırılması haqqında rəvayətlər dolaşırdı. Skandan sonra isə məlum olub ki, qəbir 1 metr dərinliyə malikdir, o, üfiqidir və cəsəd kəfənə bürünərək torpağa tabutsuz basdırılıbmış.
Şekspirin kəllə sümüyünün oğurlanması 18-ci əsrdə barədə versiya ilk dəfə olaraq1879-cu ildə "Argosy" jurnalında nəşr edilmişdi.
Xatırladaq ki, may ayının 3-də U.Şekspirin ölümünün 400-cü ildönümünü qeyd ediləcək.