Şəkidə “Təbiətdən tarixə” I Beynəlxalq Keramika Simpoziumunun açılışı olub

Şəkidə “Təbiətdən tarixə” I Beynəlxalq Keramika Simpoziumunun açılışı olub Şəki rayonunda “Təbiətdən tarixə” I Beynəlxalq Keramika Simpoziumunun açılışı olub.
İncəsənət
21 May , 2019 15:03
Şəkidə “Təbiətdən tarixə” I Beynəlxalq Keramika Simpoziumunun açılışı olub

Şəki rayonunda “Təbiətdən tarixə” I Beynəlxalq Keramika Simpoziumunun açılışı olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində keçirilən tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Braziliya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustandan olan keramistlər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edirlər.

Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan keramika ustalarının əl işi ilə tanışlıq, bu sahədə mövcud olan yenilikləri öyrənməkdir.

Çıxışlarda Azərbaycanın dünyada gil palitrası üzrə birinci yeri tutduğu, bu baxımdan, Şəki bölgəsinin xüsusilə əsrlər boyu seçildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda bu sənətin qədim ənənələri var və lazımi xammal ehtiyatının mövcudluğunu nəzərə alaraq bu sənəti canlandırmaq məqsədilə keramika mərkəzləri açılıb. 

İki həftə davam edəcək simpoziumda iştirakçılar layihənin kuratoru, məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltəraşlıq kompozisiyaları üzərində çalışacaqlar.

Son xəbərlər

Orphus sistemi