Rusiya Böyük Teatrının məşhur solistləri Bakıda çıxış edəcəklər

Rusiya Böyük Teatrının məşhur solistləri Bakıda çıxış edəcəklər Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oktyabrın 27-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.
İncəsənət
26 Sentyabr , 2018 13:15
Rusiya Böyük Teatrının məşhur solistləri Bakıda çıxış edəcəklər
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oktyabrın 27-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Teatrdan "Report"a verilən xəbərə görə, səhnə əsərində əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.

Rusiyalı balet ustaları ilə bərabər tamaşada Opera və Balet Teatrının solistləri xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və başqaları rol alacaq. 

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi