“Akademik” statusu verilən teatrdan - REPORTAJ

“Akademik” statusu verilən teatrdan - REPORTAJ Bakı. 7 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı, 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilib. Prezident İlham Əliyev 5 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam imzalayıb. Reportun əməkdaşları Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyəti ilə yaxından tanış olub.
İncəsənət
7 Mart , 2019 13:57
“Akademik” statusu verilən teatrdan - REPORTAJ
Report/Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı, 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət göstərib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilib. Prezident İlham Əliyev 5 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında sərəncam imzalayıb. "Report"un əməkdaşları Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının fəaliyyəti ilə yaxından tanış olub. 

Girişdəki fortepiano

Bizi teatrın müdir müavini İlham Məmmədov qarşılayır. Böyük zalın girişində fortepiano qoyulub. Onun sözlərinə görə, tamaşalarda fasilə zamanı insanlar buraya toplaşaraq canlı musiqi dinləyə bilirlər: “Teatrlarda çox vaxt fonda musiqi olur. Biz hər dəfə bir ifaçı dəvət edirik. İnsanlar burada toplaşır. Musiqi dinləyir, çox vaxt musiqiçiyə gül təqdim edirlər. Hətta bəzən sənətçini bəyənərək başqa tədbirlərə də dəvət edirlər”. İ.Məmədov deyir ki, tamaşaçıların teatrın arxa səhnəsini görməsi bütün sehri pozur: “Məncə, teatrsevərlər qrimin, dekorasiyaların, geyimlərin necə ərsəyə gəldiyini görməsə, daha yaxşı olardı”. 

Gözlənilən premyeralar

Zala daxil olmazdan əvvəl teatrın repertuar planını öyrənmək üçün baş rejissor Aleksandr Şarovskinin otağına yollanırıq. O bildirir ki, hazırda rejissor Kamran Şahmərdanov Elçinin əsəri əsasında səhnə əsərinin və xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunan Bernard Şounun “Milyonçu” pyesi üzərində hazırlıqlar gedir: “Milyonçu” tamaşasının premyerası mayın ortasına təsadüf edəcək. Bundan sonra mənim rəhbərliyim altında əməkdar artist Fuad Osmanov ilk dəfə quruluşçu rejissor kimi tamaşa hazırlayacaq. Həmçinin mart ayında Rusiya Teatr Xadimləri İttifaqı ilə danışığa əsasən, gənc rejissor tərəfindən Puşkinin nağılı səhnələşdiriləcək. Premyera martın 30-da baş tutacaq”. 

Uşaq tamaşalarına böyük maraq var

Rejissor uşaqlar üçün hazırlanan tamaşaların böyük maraq görməsinə isə belə aydınlıq gətirdi: “Böyüklərin teatra gəlməsi üçün onlarla kiçik yaşlardan işləmək lazımdır. İndi internet əsridir, artıq uşaqlar hər şeyi başqa cür dərk edirlər. Biz publikanı itirməmək üçün uşaqlar üçün hazırlanan tamaşalara çox ciddi yanaşırıq”. 

Teatrın qaydaları 

Xalq artisti Fəxrəddin Manafovun açıqlamsından sonra Rus Dram Teatrında tamaşa məşqlərinin qeyri-ciddi keçməsi ilə bağlı fikirlər formalaşmışdı. A.Şarovski buna münasibət olaraq bildirir ki, ünsiyyətin yeni forması meydana gəldikcə elə şeylər baş verir ki, əvvəl teatrda belə şeylər olmayıb: “Əvvəl kinolar, seriallar az çəkilirdi və aktyorlar heç bir yerə tələsmirdilər. İndi isə həyat tamam başqadır. Bir dəfə mədəniyyət naziri Stalinə aktyorlar haqqında şikayət edir. Stalin isə cavab olaraq bildirir ki, “Mənim başqa aktyorlarım yoxdur, hansılar var elə onlarla da işləmək lazımdır”. Əgər istedad varsa, aktyora heç nə mane olmayacaq. İtedad yoxdursa, necə şərait yaratmağına baxmayaraq, heç nə alınmayaq”. O, aktyorlar arasındakı münasibətdə teatrın öz qaydaları olduğunu vurğuladı: “Bizim teatrda belə bir qayda var: yaşlılar cavanlara himayədarlıq edirlər. Həmçinin böyüklər balacaları tərbiyə edirlər, öz təcrübələrini onlara ötürürlər. Aktyorlar univerisitetdə yalnız diplom alırlar, əsl təcrübəni isə səhnədə, teatrda öyrənirlər. Ümumiyyətlə, aktyoru işə götürərkən mənə iki saat yox, iki saniyə lazımdır. İlk olaraq rəqs, oxumaq kimi qabiliyyətlərinin olduğunu öyrənirəm. Əgər bu duyumlar onda yoxdursa, işə qəbul edə bilmərəm”. 

Absurd tamaşa

Teatrda 70-ə yaxın aktyor çalışır. Ümumiyyətlə isə 200 nəfər fəaliyyət göstərir. Burada əsas zaldan əlavə, iki məşq zalı da var. Dekorasiyaların hazırlandığı sexdə musiqili ab-hava var. Bələdçimiz bildirir ki, burada işçilər üçün hər şərait yaradılır: "Bura işçilərin ikinci evidir. Bəzən olur ki, onlar tamaşa çox olduğundan burada qalmalı olurlar". Böyük səhnədə rejissor Kamran Şahmərdananovun tamaşasının məşqləri gedir. O, Elçinin əsəri əsasında hazırlanan "Şeytanın oyunları" tamaşasının nümayişinin martın 16-da baş tutacağını deyir: "Bu absurd tamaşadır. Kimsə yeni bir teatr növü axtarırsa, bu eksperimental tamaşa onlar üçündür. Səhnə əsəri cavan və gənc ustadlarımızla birlikdə hazırlanıb. Əsərdə vaxt, məkan yoxdur. İnsanlar tənhalıqda öz yaddaşlarında yaşayırlar. Olduqca maraqlı bir nümayiş olacaq". 

Aktyorlar burada duş da qəbul edə bilirlər

Son olaraq geyim sexinə daxil oluruq. İlham Məmmədov bildirir ki, aktyorlar geyindikdən sonra kostyumlar hər dəfə yuyulur: "Aktyor kostyumu geyinən zaman iy hiss etməməlidir. Beşinci mərtəbədə bunun üçün şərait yaradılıb və geyimlərin təmizliyi ilə məşğul olan işçimiz var. Eyni zamanda aktyorlar burada duş qəbul edə bilirlər. Teatrın təmizlənməsinə, təmirinə xüsusi diqqət ayırırıq. Əsaslı təmirdən 11 il ötməsinə baxmayaraq, hələ də yeni kimi görünür".

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi