Bakı. 29 dekabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında "Yeni il gecəsində sehrli sirlər" adlı tamaşanın nümayişinə başlanılıb. "Report" xəbər verir ki, balacaların yeni ilini daha da maraqlı etmək üçün hazırlanan bayram tamaşasının müəllifi əməkdar mədəniyyət işçisi Valentina Reznikova, quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Aleksandr Fyodorovdur.
Tamaşada rolları Bella Safina, Raul Turkkan, Oleq Əmirbəyov, Teymur Rəhimov, Səfa Mehdi, Murad Məmmədov və başqaları ifa edir.
Yeni ilə həsr edilən bayram tamaşası yanvarın 5-dək hər gün saat 12.00 və 15.00-da nümayiş etdiriləcək.