“Qarınqulu ayı balası” adlı kitab nəşr olunub

İncəsənət
  • 01 iyul, 2017
  • 11:29
“Qarınqulu ayı balası” adlı kitab nəşr olunub

Bakı. 1 iyul. REPORT.AZ/ Uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” adlı yeni nağıl kitabı işıq üzü görüb.

"Report"un məlumatına görə, nağıl kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulub və sevimli heyvanların dili ilə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürmək, eləcə də uşaqlara düzgün danışmağın xeyrini göstərmək məqsədini daşıyır.

Nağıl CBS Polygraphic Production mətbəəsində rəngli şəkillərlə poliqrafik keyfiyyətdə nəşr olunub. Şəkillərin müəllifi gənc rəssam Adilə Qurbanovadır.

Xatırladaq ki, Vüqar Haqverdiyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəis müavinidir. Müəllif Azərbaycan uşaq ədəbiy­yatının inki­şafı ilə bağlı ölkədə keçirilmiş mötəbər nağıl müsabi­qə­lərində, habelə jurnalist müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb.

44 - Tezliklə