Qarabağdan bəhs edən film beynəlxalq festivalda qalib olub

Qarabağdan bəhs edən film beynəlxalq festivalda qalib olub “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb
İncəsənət
2 Mart , 2015 09:18
Qarabağdan bəhs edən film beynəlxalq festivalda qalib olub

Bakı. 2 mart. REPORT.AZ/ Rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, film festivalın “Müsəlman ölkələri” proqramında qalib olub.

“Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. “Müsəlman ölkələri” və “Beynəlxalq” proqramında 10, üçüncü “Yerli” proqramda isə 20 film yarışırdı. Fransa, Almaniya, Belarus Respublikası, Koreya və s. ölkələrin yer aldığı “Beynəlxalq” proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Hər üç proqramda da yer alan filmlər humanistliyi, sülhü, əxlaqi, dini dəyərləri önə çəkirdi”, - rejissor deyib.

Film Qarabağ müharibəsi haqqında sizin görmədiyiniz və eşitmədiyiniz savaş həqiqətini əks etdirir.

“Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. “Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb.

Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir. 

Qeyd edək ki, filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir.

Filmdə baş rolları xalq artisti Qabil Quliyev və aktyor Rauf Şahsuvarov canlandırıb.

Son xəbərlər

Orphus sistemi