"Ya Qarabağ, ya ölüm" şerinin müəllifi vəfat edib

"Ya Qarabağ, ya ölüm" şerinin müəllifi vəfat edib Bakı. 13 fevral. REPORT.AZ/ Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.
İncəsənət
146022
13 Fevral , 2019 09:26
Ya Qarabağ, ya ölüm şerinin müəllifi vəfat edib

Bakı. 13 fevral. REPORT.AZ/ Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.

O.Arif qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkirdi. O, müalicə olunduğu “On Doqquz Mayıs” Universitetinin Tibb fakültəsində dünyasını dəyişib. 

Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub.

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı. O.Arif məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifidir. 

Son xəbərlər

Orphus sistemi