Oskar namizədlərinin adları açıqlandı

Oskar namizədlərinin adları açıqlandı “Ən yaxşı aktyor” nominasiyasında Entoni Hopkins və Çedvik Bouzman yarışacaq
İncəsənət
15 Mart , 2021 18:19
Oskar namizədlərinin adları açıqlandı

Amerika Kino Sənətləri və Elmləri Akademiyasının saytında baş tutan yayımda Oskara namizədlərin adları açıqlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, 93-cü təqdimetmə mərasimi aprelin 25-də Los Ancelesdə keçiriləcək.

Beləliklə, “Ata”, “Mank”, “Minari”, “Köçərilərin diyarı”, “Ümidverici qız” və “Metalların səsi” filmləri “Ən yaxşı film” nominasiyasında Oskar mükafatına namizəd göstərilib.

Xloya Çjao, Emirald Fennel, Tomas Vintenberq, Devid Finçer, Li Ayzek Çun “Ən yaxşı rejissor” nominasiyasında namizəd olub.

Viola Devis, Andra Dey, Vanessa Kirbi, Fransis Makdormand və Keri Malliqan “Ən Yaxşı aktrisa” nominasiyası üzrə baş mükafatın bir addımlığındadır.

“Ən yaxşı aktyor” nominasiyasında isə Oskar mükafatına namizəd kimi Entoni Hopkins və Çedvik Bouzman önə çıxıb.

Son xəbərlər

Orphus sistemi