Opera və Balet Teatrında yeni premyera olacaq

Opera və Balet Teatrında yeni premyera olacaq Xalq artisti Azər Zeynalov bu dəfə səhnəyə "Otello" kimi çıxacaq
İncəsənət
200
5 Dekabr , 2014 11:39

Bakı. 5 dekabr. REPORT.AZ/ Məşhur italyan bəstəkarı Cüzeppe Verdinin "Otello" operası Azərbaycan Dövlər Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək.

Bu barədə "Report"a Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 13-də Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Otello" operası əsasında hazırlanmış premyera-konsert olacaq.

Əsas partiya - Otello obrazını xalq artisti Azər Zeynalov ifa edəcək. Afaq Abbasova "Dezdemona", Anton Terştant isə "Yaqo" obrazında səhnəyə çıxacaq.

Qeyd edək ki, hər iki aktyor Opera və Balet Teatrının solistləridir.  

Son xəbərlər

Orphus sistemi