Bakı. 5 yanvar. REPORT.AZ/ Opera və Balet Teatrında yanvarın 15-də Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın rəhbərliyi tamaşanın bədii səviyyəsini yüksəltmək məqsədilə Ukrayna Milli Operasının solistlərinə dəvət göndərib.
Dəvət olunan solistlər Ukrayanın xalq artisti Olqa Naqornaya (Violetta) və Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmin (Alfred) baş rolları ifa edəcəklər.
Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) oynayacaqlar.
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.