Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə İstanbulun Yeditepe Universitetində "Dünya uşaqların gözü ilə" beynəlxalq uşaq rəsm sərgisi açılıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir universitetin müəllimi, azərbaycanlı rəssam Rafiq Əzizin təşəbbüsü ilə baş tutub.
Sərgidə Türkiyə, Azərbaycan, Rusiya, Qırğızıstan, Gürcüstan, İtaliya və bir sıra digər ölkələrdən 300-ə yaxın məktəbli-rəssamın əsərləri nümayiş olunur.
Tədbirin açılış mərasimində çıxış edən universitetin qurucusu və rəhbəri Bədrəddin Dalan Nəsiminin həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib. Rektor iştirakçılarla bərabər sərgini gəzib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sərgi oktyabrın 26-dək davam edəcək.
Vüsale Abbasova