Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək Bakı. 17 sentyabr. REPORT.AZ/ Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək.
İncəsənət
17 Sentyabr , 2018 12:45
Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək. 

Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Açılış mərasimi sentyabrın 24-də olacaq həftənin filmləri sentyabrın 30-dək “Gənclik” Mərkəzində təqdim ediləcək. 

Tədbirin ilk günü tamaşaçılar Elçin Musaoğlunun rejissorluğu ilə çəkilən Azərbaycan filmi “Nabat”a baxacaqlar. 

Sentyabrın 25-də və 27-də İran filmləri “Mən məktəbə getmək istəyirəm” (rejissor Hana Maxmalbaf), “Yağış”, 26-da Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi “Dahinin gəncliyi” (rejissor Elyar İşmühəmmədov), 28-də Türkiyə istehsalı olan “Ulak” filmi (rejissor Çağan İrmak) nümayiş ediləcək. 

Sentyabrın 29-da kinosevərlər Azərbaycanda istehsal edilən “Niyyət” (rejissor Samir Kərimoğlu) və “İslam filmləri həftəsi”nin son günü türk rejissoru Kürşat Kızbaşın “Eşqin rəqsi” sənədli filminə baxacaqlar.

Son xəbərlər

Orphus sistemi