Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq

Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək.
İncəsənət
23 Noyabr , 2018 18:27
Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək.

Qurumun Mətbuat xidmətindən "Report"a bildirilib ki, 23, 24 noyabrda saat 14:00-da “Hacı Qara” (M.F.Axundzadə), noyabrın 23-də “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), noyabrın 24-də “Mənim günahım” (İ.Əfəndiyev) və noyabrın 25-də “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları saat 19:00-da nümayiş olunacaq.

Balaca teatrsevərlər noyabrın 24-də “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 25-də isə rus dilində “Qoğalın məcaraları” (Rus xalq nağılı) tamaşalarına saat 12:00-da baxa bilərlər.

Həftəsonu nümayiş olunacaq tamaşalarda əməkdar artistlər - Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nərgiz Kərimova, İlham Hüseynov, Boris Qrafkin, Anton Ferştandt, Svetlana Bulax, aktyorlar - Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov və başqaları çıxış edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi