"Modern Talking" qrupunun solisti olmuş məşhur müğənni Tomas Anders Bakıya gəlir.
Qeyd edək ki, sənətçi 1963-cü il martın 1-də Almaniyada doğulub. Uşaq yaşlarından musiqiyə maraq göstərib, fortepiano dərsləri alıb, gitara çalmağı öyrənib. 1980-ci ildə onun ilk musiqi diski işıq üzü görüb.
1982-ci ildə Tomas məşhur müğənni və bəstəkar Diter Bolenlə tanış olur və bu tanışlıq onun həyatında həlledici rol oynayır. Hazırladıqları ilk disk alman hit-paradında 6-cı yeri tutur və 30 min tirajla satılır. 1984-cü ildə dostlar “Modern Talkinq” qrupunu yaradırlar. Məşhur “You My Heart“ (“Sən mənim həyatımsan) və “You My Soul” (“Sən mənim qəlbimsən”) mahnıları məhz o dövrdə yaranır. Sonrakı 3 ildə onların 6 albomu işıq üzü görür və 42 milyon tirajla satılır. “Modern Talkinq” dünyada, o cümlədən keçmiş SSRİ-də misilsiz şöhrət qazanır.
1987-ci ildə “Modern Talkinq” qrupu parçalanır. Tomas Anders Avropa ölkələrində tək solist kimi çıxış etməyə başlayır. 1998-ci ildə Tomas Anders - Diter Bolen dueti bərpa olunur. Onlar birlikdə konsert turları təşkil edirlər. Ancaq 5 ildən sonra dostlar yenidən ayrlırlar. Son zamanlar Tomas Anders yeni layihələr üzərində işləyir, tanınmış müğənnilərə mahnılar yazır və onlara prodüserlik edir.