Moskvada SSRİ xalq artisti Eldar Ryazanovla vida mərasimi başlayıb

Moskvada SSRİ xalq artisti Eldar Ryazanovla vida mərasimi başlayıb Məşhur rejissor bu gün torpağa tapşırılacaq
İncəsənət
3 Dekabr , 2015 11:02
Moskvada SSRİ xalq artisti Eldar Ryazanovla vida mərasimi başlayıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Moskvada görkəmli kinorejissor, SSRİ xalq artisti Eldar Ryazanovla vida mərasimi başlayıb.

"Report" xəbər verir ki, vida mərasimindən sonra Eldar Ryazanov Novodeviçe qəbiristanlığında dəfn ediləcək.

Vida mərasimində Rusiyanın dövlət nümayəndələri, teatr və kino xadimləri iştirak edir. 

Qeyd edək ki, məşhur rejissor noyabrın 30-da uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi