Məşhur "Yalla" qrupunun solisti əməliyyat olunub
İncəsənət
- 17 noyabr, 2016
- 23:20
Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın məşhur "Yalla" qrupunun solisti Fərrux Zakirov ağır cərrahiyyə əməliyyatı keçirib.
"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, müğənni hazırda müalicə olunur.
İnformasiyaya əsasən, bir neçə il əvvəl həkimlər onun öd kisəsində daş aşkar edib. Ötən gün həmin daş cərrahiyyə əməliyyatı yolu ilə çıxarılıb.
Məlumata görə, Özbəkistanın xalq artisti Fərrux Zakirovun 70 yaşı tamam olub. "Yalla" qrupu isə 1972-ci ildə yaradılıb.
Onu da xatırladaq ki, Fərrux Zakirov Özbəkistan və keçmiş SSRİ estradasının tanınmış müğənnisi, bəstəkarı və aktyorudur. O, "Yalla" qrupunun yaradıcısıdır. Fərrux Zakirov 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın Mədəniyyət naziri işləyib.
Son xəbərlər
21:04
KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər
Digər ölkələr20:53
İqtisadiyyat nazirinə yeni müavin təyin edilib
Maliyyə20:35
Fermerlər Fransa Kənd Təsərrüfatı Nazirliyinin ərazisinə daxil olublar
Digər ölkələr20:29
Foto
"Sportsman" jurnalı ötən ilin ən yaxşıları nominasiyası üzrə qalibləri mükafatlandırıb
Fərdi20:26
AAYDA Şuşa şəhəri istiqamətində gedəcək sürücülərə xəbərdarlıq edib
İnfrastruktur20:23
HƏMAS: Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır
Digər ölkələr20:09
Foto
Sosial şəbəkələrdə Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlanıb
Xarici siyasət20:08
İran və Misir XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər
Region20:06